Rusiyalı şərqşünas: “Gürcüstanın müəyyən mərhələdə “3+3” layihəsinə qoşulacağı istisna edilmir”

2024/05/1716018961.jpg
Oxunub: 200     17:45     18 May 2024    
“Ukraynada müharibə başlayandan sonra Avroatlantik oriyentasiyaya malik Gürcüstan hakimiyyəti ehtiyatlı və daha balanslı xarici siyasət həyata keçirməyə başlayıb”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı şərqşünas Viktor Nadein-Rayevski deyib.

O qeyd edib ki, bu siyasət Gürcüstanı və Qərbi indiki mərhələyə gətirib, hazırda Qərb Gürcüstan müxalifətinə güclü dəstək verir, bunun nəticəsində Cənubi Qafqazda növbəti rəngli inqilab istisna edilmir.

“Gürcüstanın indiki hakimiyyəti düşünülmüş siyasət aparır, Qərbin təzyiqlərinə mükəmməl müqavimət göstərir və Avroatlantik kursundan hələ ki, tamamilə imtina etməyə çalışmır ki, bu da mümkün deyil. Bununla belə, fikrimcə, Gürcüstanın müəyyən mərhələdə “3+3” layihəsinə qoşulacağı istisna edilmir”, - Rayevski bildirib.

Rayevski vurğulayıb ki, Gürcüstandakı aksiyaların taleyi regional əhəmiyyət kəsb edəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Ukrayna  


Bizi "telegram"da izləyin