Erməni analitik: “Cənubi Qafqazda həll yolları sürətləndiriləcək, İran, Rusiya və Qərb xəbərdarlıq edib”

2024/05/1716018896.jpg
Oxunub: 266     17:09     18 May 2024    
“Bəzi tarixi kəsişmələrdə kilsə yeganə xilaskar olub və mənim bu hərəkata münasibətim belədir: kilsəm nə deyirsə, başımı aşağı salıb yerinə yetirəcəyəm”.

Ordu.az xəbər verir ki, bunu erməni analitik Arman Abovyan deyib.

Onun sözlərinə görə, Ermənistanda kilsəyə qarşı bu biabırçı hücum dövlətə qarşıdır və əxlaq əleyhinədir.

“Milli məsələ qaldıranları, milli maraqlar uğrunda mübarizə aparanları bu hakimiyyət “5-ci kalon” adlandırır. Hakimiyyət saxta məlumatlar yaymaqla, informasiya sahəsinə nəzarət edir və məlum olur ki, sadəlövhcəsinə Azərbaycan tezislərini tamamlayırlar”, - deyə Abovyan qeyd edib.

Abovyan bildirib ki, Cənubi Qafqazda həll yolları sürətləndiriləcək, İran, Rusiya və Qərb xəbərdarlıq edib.

O əlavə edib ki, Ermənistan hakimiyyəti aksiyaları dayandıra bilmir, ona görə də repressiv addımlara əl atır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Cənubi-Qafqaz   İran  


Bizi "telegram"da izləyin