Erməni deputat: “Baş nazir öz istefası məsələsini müzakirə etmək fikrində deyil”

2024/05/8a135-1716018711.jpg
Oxunub: 188     16:18     18 May 2024    
“Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi Rusiyanın hərəkətləri nəticəsində yaranıb”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının sədri, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Sarkis Xəndanyan jurnalistlərə açıqlamasında deyib.

O əmin edib ki, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi olsa belə, bunları nə ölkənin hakim gücü, nə də hökuməti formalaşdırmır.

Erməni deputat Ermənistan hakimiyyətinin Rusiya sərhədçilərinin Türkiyə ilə sərhəddə fəaliyyətinin müqavilə ilə tənzimlənməsi fikrini təkrarlayıb.

“Ermənistanın müqavilə ilə tənzimlənən nəyisə tələb etməsi məntiqsizdir. Heç bir xahiş yox idi. Rusiya qoşunlarının şifahi razılaşma əsasında yerləşdirildiyi qalan ərazilərdə isə Ermənistan artıq onların mövcudluğuna ehtiyac olmadığını bəyan edərək, onların çıxarılmasını təklif edib. Bu proses başlayıb”, - deyə Xəndanyan bildirib.

Xəndanyan vurğulayıb ki, Ermənistanın Baş naziri öz istefası məsələsini müzakirə etmək fikrində deyil.

“Ermənistanın Baş naziri və “Vətəndaş Müqaviləsi” partiyası hökumət başçısının istefası məsələsini heç kimlə müzakirə etmək fikrində deyil”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Anti-Rusiya  


Bizi "telegram"da izləyin