Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib

2024/05/1716018354.jpg
Oxunub: 104     11:26     18 May 2024    
Ukrayna Prezidenti Volodimir Zelenski Çini iyunda İsveçrədə keçiriləcək sülh konfransında iştirak etməyə dəvət edib.

Ordu.az RTL-yə istinadən xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı AFP-yə müsahibəsində bildirib.

“Mən istərdim ki, Çin sülh sammitində iştirak etsin”, - o vurğulayıb.

V.Zelenski bildirib ki, Pekin və digər dünya oyunçuları Rusiyaya təsir etmək imkanlarına malikdirlər: “Çin liderləri belə bir hisslə yaşayırlar ki, Rusiya müharibəni uduzsa, bu, Rusiya üçün məğlubiyyət deyil, ABŞ-nin qələbəsidir. Buna görə də onlar üçün bu, Ukraynanın qələbəsi və ya Rusiyanın məğlubiyyəti deyil, Qərbin qələbəsidir. Onlar bu iki anlayış arasında balans tapmaq istəyirlər”.

Qeyd edək ki, iyunun 15-16-da İsveçrənin Lütsern şəhəri yaxınlığında Ukrayna ilə bağlı konfrans keçirəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Prezident   Çin  


Bizi "telegram"da izləyin