Səfir: “Çabahar limanından istifadə ilə bağlı Hindistan Ermənistan tərəfdən aydın təkliflər gözləyir”

2024/05/maxre-1716018294.jpg
Oxunub: 186     16:02     18 May 2024    
“Çabahar limanından istifadə məsələsinə gəlincə, Hindistan Ermənistan tərəfdən təfərrüatları gözləyir və bununla bağlı Ermənistandan dəqiq təkliflər aldıqda, bunu mütləq nəzərə alacaq”.

Ordu.az xəbər verir ki, bunu Hindistanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Nilakşi Saha Sinha deyib.

Hindistan səfiri Çabahar limanının Hindistan və İran tərəfindən birgə inkişaf etdirilməsinə diqqət çəkib.

“Ermənistan tərəfdən təfərrüatları gözləyirik və Ermənistan tərəfdən aydın təkliflər gələndə, bunu mütləq nəzərə alacağıq”, - deyə səfir vurğulayıb.

Sinha iki ölkə arasında aparılan müzakirələrdə Ermənistan nümayəndələrinin Çabahar limanından istifadə etməyə maraq göstərdiyini vurğulayıb.

Səfir Hindistandan Çabahar limanına, oradan isə Qara dənizə gedən kommunikasiya marşrutunun inkişafında İrəvanın mümkün roluna toxunaraq qeyd edib ki, Ermənistan dənizə çıxışı olmayan ölkə olduğundan mütləq daha çox kommunikasiya layihələrinə ehtiyac duyur.

“Əgər bu gerçəkləşərsə, düşünürəm ki, bu, Ermənistana dənizə çıxışı olmayan ölkə olması faktını aradan qaldırmağa kömək edəcək”, - deyə səfir sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hindistan  


Bizi "telegram"da izləyin