KİV: Rusiya sərhədçiləri Ermənistanın Türkiyə və İranla sərhədində qalmağa davam edəcəklər

2024/05/image-1716018193.jpg
Oxunub: 241     15:29     18 May 2024    
Rusiya sərhədçiləri Ermənistan ərazisindən tamamilə çıxarılmayacaq.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində öz funksiyalarını yerinə yetirməyə davam edəcəklər.

“Belə ki, mayın 8-də Moskvada keçirilən Paşinyan-Putin görüşündən sonra Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvləri fəxrlə sərhədçilərin Ermənistanın bir sıra ərazilərindən geri çəkiləcəyini bəyan ediblər, bunu böyük nailiyyət kimi təqdim ediblər və insanları yenə aldadıblar. Hakim partiya üzvləri o qədər böyük həyəcanlı olublar və hay-küy qaldırıblar ki, sanki Azərbaycan qoşunlarını ərazilərdən sıxışdırıb çıxara biliblər. Lakin məlum olur ki, bu, hakimiyyətin növbəti yaltaq və şişirdilmiş bəyanatıdır. Rusiya sərhədçiləri bir neçə ərazidən çıxarılsa da, onlar Ermənistanın Türkiyə və İranla (Mehri) sərhədində qalmağa davam edəcəklər. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Türkiyə   İran  


Bizi "telegram"da izləyin