“Past”: Ermənistanda Cənubi Kipr modeli müzakirə olunur

2024/05/6645e-1715857364.jpg
Oxunub: 226     14:43     18 May 2024    
Bu günlərdə Ermənistanda bəzən din xadiminin siyasi hərəkata necə rəhbərlik edə bilməsi, Baş nazir olması (hərçənd bu barədə hazırda heç bir söz yoxdur) və sairə kimi fikirlərə rast gəlmək olar.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr qeyd edib ki, əslində tarixdə heç vaxt erməni xalqının xilasının kökündə kilsə və ruhani təbəqəsi dayanmayıb.

“Üstəlik, bir din xadiminin xalq hərəkatına, sonra isə dövlətə rəhbərlik etməsi dünya tarixində çox da müstəsna hal deyil. Sosial şəbəkələrdə, məsələn, Kipr nümunəsi çəkilir. İkinci Dünya müharibəsi zamanı Kipr hələ də Britaniyanın müstəmləkəsi idi və o zaman Kipr Pravoslav Kilsəsinin keşişi olan Makar azadlıq hərəkatına rəhbərlik edirdi. Kiprin müstəqilliyini elan etdikdən sonra Makar bu ölkənin prezidenti seçildi. Bundan əvvəl o, həbs, sürgün və s. daxil olmaqla, kifayət qədər çətin bir yol keçmişdi, amma təslim olmadı. Yeri gəlmişkən, 1975-ci ildə yenidən prezident seçilib və 1977-ci ildə vəfat edənə qədər bu vəzifədə olub. Təbii ki, dövrlər və şərait nəzərə alınmaqla, bugünkü reallıqla və Baqrat Srbazanla bu cür müqayisələr çətin ki, tamamilə əsaslıdır, amma ortaq bir şey var: o vaxt olduğu kimi, indi də Qərb (Kipr halında Britaniya) və Türkiyə özlərinə sərfəli “əşyaların təsifatı”nı saxlamağa çalışırlar, bu halda onların diktəsinə itaətkarcasına tabe olan Ermənistanın indiki hakimiyyəti Ermənistanı bir növ müstəmləkəyə çevirir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Cənubi-Kipr  


Bizi "telegram"da izləyin