“Joğovurd”: Paşinyanın istefasını tələb edən polkovniklərə “rüşvət veriblər”

2024/05/image-1716017839.jpg
Oxunub: 184     14:12     18 May 2024    
“Joğovurd” nəşri müxalifətin yeni etiraz aksiyaları fonunda üç il əvvəl Nikol Paşinyanın istefasını tələb edən Ermənistan Silahlı Qüvvələrinin rəsmilərinin bu gün necə yeni vəzifələr alması ilə bağlı araşdırmalarını davam etdirir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, mayın 15-də, Azadlıq meydanının “isti” olduğu bir vaxtda Ermənistan Müdafiə Nazirliyində kadr dəyişikliyi dalğası başlayıb.

“Ola bilsin ki, bu yolla Müdafiə Nazirliyi sistemdə baş verə biləcək üsyanların qarşısını almaq üçün polkovniklərə yeni vəzifələrlə “rüşvət” vermək istəyib. Lakin bu təyinatlar arasında ən diqqətçəkən məqam odur ki, yeni vəzifəyə təyin olunanlardan bəziləri 3 il əvvəl Nikol Paşinyanın istefasını tələb ediblər. Məsələ burasındadır ki, 44 günlük müharibədən bir il sonra, 2021-ci il fevralın 25-də Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Onik Qasparyan Baş nazir Nikol Paşinyanın istefasını tələb edib, istefaya Müdafiə Nazirliyinin bir sıra polkovnikləri, generalları və idarə rəisləri də qoşulublar. Budur, onlardan biri Silahlı Qüvvələrin Baş Qərargahın Şəxsi heyətin idarə edilməsi baş idarəsinin komplektləşdirmə idarəsinin rəisi, polkovnik Hraç Lüdviki Stepanyan idi. O, ötən gün Ermənistan Müdafiə Nazirliyinin Baş kadr siyasəti və hərbi təhsil siyasəti idarəsinin rəisi vəzifəsindən azad edilərək, Müdafiə Nazirliyinin Baş kadr siyasəti idarəsinin rəisi təyin edilib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   İstefa  


Bizi "telegram"da izləyin