KTMT Lukaşenkonun Azərbaycana səfəri zamanı verdiyi bəyanatlarla bağlı suallara cavab verib

2024/03/1710222015.jpg
Oxunub: 256     13:20     18 May 2024    
KTMT Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri zamanı verdiyi bəyanatlarla bağlı “News.am” nəşrinin sorğusunu cavablandırıb.

Ordu.az xəbər verir ki, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevlə geniş tərkibdə görüşdə deyib:

“Mən bir daha düşündüm və müharibədən əvvəl, Sizin azadlıq müharibənizdən öncə söhbətimizi xatırladım. Həmin vaxt biz nahar süfrəsi arxasında ikilikdə fəlsəfi fikir yürüdürdük və belə nəticəyə gəldik ki, müharibədə qələbə çalmaq olar”.

“News.am” nəşrinin müxbiri təşkilatın baş katibinin mövqeyini öyrənmək üçün KTMT Katibliyi ilə əlaqə saxlayıb.

Nəşrə görə, məlum olub ki, KTMT-nin mövqeyi mövqenin olmamasına əsaslanır.

“Sizin sitat gətirdiyiniz bəyanat ikitərəfli dialoq çərçivəsində suveren dövlətin başçısı tərəfindən verilib və KTMT baş katibinin qiymətləndirmə predmeti ola bilməz. 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası prosesində irəliləyişin vacibliyini, eləcə də Ermənistan-Azərbaycan dialoqunun davam etdirilməsinin vacibliyini qeyd etmək istəyirik. Bunun mühüm mərhələsi iki ölkənin xarici işlər nazirlərinin Almatıdakı görüşü idi”, - deyə KTMT Katibliyinin rəsmi cavabında qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Lukaşenko   Azərbaycan  


Bizi "telegram"da izləyin