Ermənistanda etirazçıların dağıdılması və döyülməsi göstərişini kim verir?

2024/05/fddss-1716017345.jpg
Oxunub: 169     12:23     18 May 2024    
Polis mənbələrinin məlumatına görə, İrəvanda bir həftədən artıqdır davam edən hökumət əleyhinə nümayişləri dağıtmaq üçün polisin hərəkətlərini daxili işlər naziri Vahe Qazaryan deyil, daxili işlər nazirinin müavini Arpin Sarkisyan koordinasiya edir və istiqamətləndirir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, bir həftə əvvəl Tavusdan olan Vahe Qazaryanla bağlı onun məzuniyyətə getdiyi xəbəri yayılıb.

“Xəbər rəsmi olaraq təkzib olunub, amma mənbələrimiz bizi əmin edir ki, o, məzuniyyət əhval-ruhiyyəsindədir. Aksiyaçıların dağıdılması, döymə, həbsetmə göstərişi isə bu işlərə şəxsən nəzarət edən nazir müavini tərəfindən həyata keçirilir və polisin vəhşiliyi onun tərəfindən həvəsləndirilir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Etiraz   Göstəriş  


Bizi "telegram"da izləyin