Ermənistan KİV-i: Təkcə bu ərazidə 1100 hektara yaxın ərazi itiririk

2024/05/timth-1716017237.jpg
Oxunub: 288     12:00     18 May 2024    
“Bu günlərdə “Vətən naminə Tavus” hərəkatının genişlənməsinə paralel olaraq, tez-tez bu və ya digər tərəfdən mübarizənin nəyin uğurunda olduğu, mübarizə aparanların nə təklif etdikləri və s. ilə bağlı əsasən qəsdən-antitəbliğat xarakterli, bəzən sadəlövh suallar eşitmək olar”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr qeyd edib ki, halbuki həm hərəkata rəhbərlik edən arxiyepiskop Baqrat Qalstanyan, həm də hərəkatın “ön cərgəsi”nin digər nümayəndələri daim bu “nəyin uğrunda” haqqında danışırlar.

“Sadəcə 1 misal verək. Təcrübəli diplomatların tərkibində olduğu, Ermənistanın diplomatik korpusunun demək olar özəyi olan “Ümumerməni Diplomatlar Şurası” ötəngünkü bəyanatında “demarkasiya” mövzusuna toxunub. Diplomatların qiymətləndirməsi aydındır: “Demarkasiya və delimitasiya prosesi Azərbaycanın ultimatumunun qeyd-şərtsiz yerinə yetirilməsindən başqa bir şey deyil... Bu qanunsuz prosesin Ermənistanın ərazi bütövlüyü və suverenliyinə ciddi zərbə olduğu artıq şübhə doğurmur”. Mübarizə nə üçündür? Mübarizə belə “gecə kapitulyasiyaları”nı və qanunsuz prosesləri istisna etmək, itkiləri və dövlətçiliyin itirilməsini dayandırmaqdır. Bu, Ermənistanın mövcud olması üçündür. Hazırda Azərbaycanın faktiki nəzarətində olan Coqaz su anbarını və ona bitişik əraziləri də əlavə etsək, təkcə bu ərazidə 1100 hektara yaxın ərazi itiririk”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Tavus  


Bizi "telegram"da izləyin