CENTCOM Qəzzada yardımlara bir neçə gündə başlanacağını bildirib

2024/05/Ekran-1716035692.jpg
Oxunub: 171     16:22     18 May 2024    
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Qəzza zolağında humanitar yardım üçün qurulan müvəqqəti limanın tamamlandığını və yardımların bir neçə gün ərzində başlayacağını açıqlayıb.

Ordu.az xəbər verir ki, komandanlığın sosial media hesabından verilən açıqlamada CENTCOM personalının fələstinli mülki vətəndaşlara humanitar yardım səylərini dəstəkləmək üçün səhər saatlarında Qəzza sahillərində qurulan müvəqqəti limana lövbər saldığı bildirilib.

Açıqlamada ABŞ hərbi qulluqçusunun Qəzzaya daxil olmadığı, humanitar yardım daşıyan yük maşınları ilə gələn yardımın bir neçə gün ərzində sahildən qəbul edilməsinin gözlənildiyi bildirilib.

“BMT yardımı təhvil alacaq və Qəzzada paylanmasını koordinasiya edəcək”, - deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi mayın 8-də humanitar yardımın dəniz yolu ilə çatdırılması üçün Qəzza sahillərində dənizdə inşası planlaşdırılan müvəqqəti limanın tikintisinin başa çatdığını açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CENTCOM   Qəzza  


Bizi "telegram"da izləyin