“Babcock” İsveçin gələcək döyüş gəmisi üçün “Saab”a dəstək verəcək

2024/05/Lulea-1716011099.jpg
Oxunub: 180     15:19     18 May 2024    
“Babcock International Group” müdafiə şirkəti İsveçin “Saab” şirkəti tərəfindən İsveç Hərbi Dəniz Qüvvələrinin (HDQ) yeni “Luleå “sinfinə məxsus döyüş gəmisinin inkişaf etdirilməsinə dəstək olmaq üçün seçilib.

Ordu.az xəbər verir ki, İsveç Müdafiə Materialları İdarəsinin (SMI) sifarişi ilə “Saab” İsveç HDQ üçün 4 gəmi dizayn edəcək.

“Babcock” ilkin olaraq “Saab”a struktur dizaynı və köməkçi sistemlər də daxil olmaqla, mühəndislik dəstəyi verərək, əsas dizayn mərhələsini tamamlamağa kömək edəcək.

“Babcock” və “Saab”, həmçinin “Luleå” dizaynı üçün potensial ixrac bazarlarını müəyyən etmək məqsədilə birlikdə çalışacaqlar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Babcock   İsveç  


Bizi "telegram"da izləyin