UH-72 “Lakota” pilotsuz versiyası ilə Dəniz Piyadalarına xidmət edəcək

2024/05/lakot-1716011030.jpg
Oxunub: 171     14:58     18 May 2024    
“Airbus U.S. Space and Defense” ABŞ Dəniz Hava Sistemləri Komandanlığı (NAVAIR) tərəfindən verilən yeni müqavilə çərçivəsində Dəniz Piyadaları Korpusu (USMC) üçün UH-72 “Lakota” helikopterinin pilotsuz versiyasını hazırlayır.

Ordu.az xəbər verir ki, NAVAIR USMC adından mayın 14-də UH-72 “Lakota” helikopterinin pilotsuz versiyasını hazırlamaq üçün “Airbus” ilə Orta Səviyyəli Satınalma (MTA) müqaviləsi imzaladığını elan edib.

Helikopterlər USMC-nin “Aerial Logistics Connector” proqramı üçün qiymətləndirilir.

Pilotsuz helikopterlər rəqiblərin vasitələri ilə qarşılaşdırılaraq, əməliyyat yararlılığı üçün müəyyən edilməmiş sınaqlardan keçiriləcək. Çatdırılma və sınaqla bağlı təfərrüatlar açıqlanmayıb.

Şirkət mayın 14-də “Janes”ə verdiyi açıqlamada bildirib ki, “Airbus” proqram üçün pilotlu H145-ləri pilotsuz UH-72-lərə çevirəcək, lakin “Airbus” müsabiqədə qalib gələrsə, əlavə helikopterlər yeni istehsal olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: UH-72   Lakota  


Bizi "telegram"da izləyin