Rusiya Ukraynaya hücumlarda yeni “Su-57”lərdən istifadəni gücləndirir

2024/05/VkkOU-1716010883.jpg
Oxunub: 253     14:32     18 May 2024    
Rusiya Ukraynaya qarşı raket zərbələri üçün təkmilləşdirilmiş “Su-57” döyüş təyyarələrindən getdikcə daha çox istifadə edir.

Ordu.az xəbər verir ki, Rusiya Silahlı Qüvvələri xüsusilə 2024-cü ilin fevral ayının sonundan etibarən 2 ildir davam edən Ukrayna müharibəsində “Su-57” döyüş təyyarələrindən daha fəal istifadə etməyə başlayıb və bu hücumların tezliyi artıb.

“Defence Post”un verdiyi məlumata görə, Rusiya son 30 gündə “Su-57” təyyarələrindən 6-dan çox qanadlı raket buraxıb.

Bu təyyarələr Həştərxan vilayətindəki Axtubinsk yaxınlığındakı aviabazadan havaya qalxaraq, Kursk, Bryansk və işğal olunmuş Luqansk vilayəti üzərində hava məkanından raket zərbələri endirir. Bu hücumlar zamanı “Su-57” təyyarələrini tez-tez “Su-35” qırıcıları müşayiət edir.

“Su-57” qırıcıları “Kh-69” gizli qanadlı raketindən istifadə edir.

“Kh-69” raketləri “Su-57” üçün xüsusi olaraq hazırlanmış və təyyarənin daxili silah bölmələrində daşınmaq üçün nəzərdə tutulmuş səsdən aşağı sürətə malik qanadlı raketdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   Su-57  


Bizi "telegram"da izləyin