Avropanın “Eurodrone” PUA proqramının PDR mərhələsi başa çatıb

2024/05/2024--1715938247.jpg
Oxunub: 184     13:12     18 May 2024    
Avropanın “Eurodrone” proqramı inkişafında mühüm mərhələ olan İlkin Dizayn Baxışını (PDR) uğurla başa vurub.

Ordu.az xəbər verir ki, baş podratçı kimi “Airbus Defence and Space” şirkətinin rəhbərlik etdiyi bu uğur Birgə Silahlanma üzrə Əməkdaşlıq Təşkilatı (OCCAR) və dörd müştəri ölkənin nümayəndələri ilə əməkdaşlıq nəticəsində əldə edilib.

Əsas subpodratçılar “Airbus Defence and Space Spain”, “Dassault Aviation” və “Leonardo” da mühüm rol oynayıblar. PDR təsdiq edir ki, “Eurodron”un ilkin dizaynı təfərrüatlı dizayn mərhələsinə keçmək üçün kifayət qədər yetkindir.

“Eurodrone” proqramı yarandığı gündən həm fiziki, həm də rəqəmsal dizayn fəlsəfələrini birləşdirir. PDR-in uğurla başa çatması ilə “Eurodrone” proqramı indi Kritik Dizayn Baxışı (CDR) istiqamətində irəliləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Eurodrone   PUA   PDR  


Bizi "telegram"da izləyin