Malayziya Cənubi Koreyadan YARS satın almaq istəyir

2024/05/2024--1715933592.jpg
Oxunub: 316     00:28     20 May 2024    
Malayziyanın Müdafiə Nazirliyi 7,3 milyard RM (1,5 milyard dollar) dəyərində müqavilələr imzalayaraq, müdafiə qabiliyyətini artırmaq üçün strateji addım atıb.

Ordu.az xəbər verir ki, sövdələşmələr arasında “Chunmoo” Yaylım Atəşli Reaktiv Sistemi (YARS) ilə tanınan Cənubi Koreyanın müdafiə şirkəti ilə Malayziyanın “Widad Business Group” şirkəti arasındakı böyük əməkdaşlıq da yer alır.

Bu tərəfdaşlıq Malayziyanın 2026-cı ilə qədər köhnə raket sistemlərini əvəz etmək məqsədi daşıyan YARS satın alma proqramını inkişaf etdirməyi hədəfləyir.

Müxtəlif ölkələrdə etibarlılığı və çoxyönlü olması ilə tanınan K239 “Chunmoo” YARS-ı bu təşəbbüsün diqqət mərkəzindədir. Bu sistem 290 km mənzilli CTM-290 ballistik raketi də daxil olmaqla, bir sıra raketləri buraxmağa qadirdir və Malayziyanın bildirilən müdafiə tələblərini qarşılayır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Malayziya   Cənubi-Koreya   YARS  


Bizi "telegram"da izləyin