“Hraparak”: Azərbaycanlıların Qaragöldən, Quşçudan, Zoddan çıxacağına ümid etmək lazım deyil

2024/05/image-1715931937.jpg
Oxunub: 5539     17:44     17 May 2024    
“Nikol Paşinyan ötən gün hökumətin iclasında bir daha qatığın qara olduğunu deməyə çalışıb və bunu görmədiyimizə əmin edib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, Paşinyan delimitasiya prosesini və ötən günlərdə imzalanan protokolu böyük uğur adlandırıb və aldadıcı mətnlə insanları çaşdırmağa çalışıb: “Biz prinsip götürmüşük ki, sərhəd keçdiyi yerdən keçir...”.

“Sonra o, “dahi” fikrini izah edib: əgər biz bu prinsipdən kənara çıxsaq və yeni sərhəd xətti yarada bilsək, bu, “eskalasiyanın və hərbi toqquşmaların daimi mənbəyi yaratdığımız” demək olardı. İndi tərcümə edək: deyir ki, biz sərhədi indiki reallıqlara görə çəkirik. Yəni kimin ordusu harda dayanıb, kim nə qədər nəzarət altına alıb, kim “Google maps”ə diktə edə və ərazinin onun olduğuna inandıra bilir. Bu prinsip rəhbər tutulur. Bu o deməkdir ki, azərbaycanlıların Qaragöldən, Quşçudan (Cermuk), Zoddan çıxacağına ümid etmək lazım deyil. Hazır olun, rəqibin bütün tələblərini yerinə yetirəcəyəm”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin