Böyük Britaniya hipersəs raket proqramını dəstəkləmək üçün 90 tədarükçü müəyyənləşdirib

2024/05/2024--1715930569.jpg
Oxunub: 207     18:21     22 May 2024    
Böyük Britaniyada tədarükçülər Hipersəs Texnologiyaları və Bacarıqların İnkişafı Çərçivəsi (HTCDF) müqaviləsində iştirak etmək üçün seçilib.

Ordu.az xəbər verir ki, Britaniya yerli hipersəs raket imkanlarının inkişafını dəstəkləyəcək müqavilələr üçün təklif vermək məqsədilə sənayedən 90 kiçik və böyük təşkilat seçib.

Britaniyanın Müdafiə Avadanlıqları və Dəstəyi (DE&S) tərəfindən verilən açıqlamaya görə, müxtəlif tədarükçülərin hamısı HTCDF sazişinə qoşulmaq üçün seçiliblər və 7 il ərzində maksimum dəyəri 1 milyard funt-sterlinq olan 8 “lot” üzrə rəqabət aparmaq hüququna malikdirlər.

Proqram ilk dəfə 2023-cü ilin dekabrında Böyük Britaniyanın “Hipersəs Zərbə Qabiliyyəti”ni inkişaf etdirmək, hipersəs və ona bitişik texnologiyaların gələcək əməliyyat elementləri üçün bazara bir yol təmin etmək məqsədilə elan edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Böyük-Britaniya   Raket  


Bizi "telegram"da izləyin