XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib

2024/05/1715886801.jpg
Oxunub: 161     23:04     16 May 2024    
Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin rəisi Elmar Məmmədov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşini qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Yaxın Şərq ölkəsinin diplomatik missiyasının mətbuat xidməti bildirib.

“BƏƏ-nin Azərbaycandakı səfiri Zati-aliləri Məhamməd Əl Bluşi Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin rəisi Zati-aliləri Elmar Məmmədov ilə görüşüb, iki ölkə arasında müxtəlif sektorlarda iqtisadi əməkdaşlığın perspektivləri müzakirə edilib”, – paylaşımda qeyd olunub.

Xatırladaq ki, Məhəmməd Əl Bluşi 2022-ci ilin aprelindən BƏƏ-nin Azərbaycandakı səfiridir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   BƏƏ  


Bizi "telegram"da izləyin