Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”

2023/12/6581d-1703011275.jpg
Oxunub: 179     00:12     17 May 2024    
Ukrayna bütün vasitələrlə Rusiyanı ədalətli sülhə məcbur etməlidir.

Ordu.az “UNİAN“-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Rusiya müharibəni genişləndirməyə çalışır. Bu proses daim sülhlə bağlı boş sözlərlə müşayiət edilir. Biz bütün vasitələrlə Rusiyanı həqiqi, ədalətli sülhə məcbur etməliyik. Bu gün Qərargahda işğalçının gələcək niyyətləri ilə bağlı da məlumatlar olub - biz bütün variantlara hazırlaşırıq”, - Zelenski vurğulayıb.

Prezidentin sözlərinə görə, Ukrayna Müdafiə Qüvvələri ilə Rusiya ordusu arasında ən güclü toqquşmalar Donetsk vilayətində - Pokrovski və Kramatorsk istiqamətlərində baş verir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin