Kobaxidze: "Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur"

2024/02/1708324873.jpg
Oxunub: 192     22:45     16 May 2024    
Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyədə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

Hökumət başçısı deyib ki, bu, müvafiq ölkələrin və Avropa İttifaqının imicinə mənfi təsir göstərəcək.

"Ümid edirəm ki, biz gələcəkdə belə qeyri-ciddi hərəkətlərə rast gəlməyəcəyik”, - baş nazir bildirib.

Qeyd edək ki, mayın 15-də Estoniya, İslandiya və Litvanın xarici işlər nazirləri “Xarici təsirin şəffaflığı” qanununa etiraz aksiyasına qoşulublar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kobaxidze   Gürcüstan  


Bizi "telegram"da izləyin