KİV: Ukrayna yaxın həftələrdə Rusiyanın böyük hücumuna hazırlaşır

2023/06/1686379846.jpg
Oxunub: 251     22:43     16 May 2024    
Ukrayna yaxın həftələrdə Rusiya qüvvələrinin böyük hücumuna hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Bildirilib ki, Rusiya Ukraynanın şərqində təzyiqlərini artırmağa davam edir.

Xarkovdan təqribən 45 km aralıda yerləşən sərhədyanı Volçansk şəhərinin şimal rayonlarında döyüşlərin getdiyi barədə xəbərlərdən sonra Ukrayna Baş Qərargahı bildirib ki, Müdafiə Qüvvələri Rusiya ordusuna cavab vermək üçün əks hücuma keçib.

Sumı rayonu yaxınlığında Rusiya tərəfi qüvvələrini gücləndirir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin