Belarus Prezidenti: "Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq"

2024/05/1715877256.jpg
Oxunub: 194     20:28     16 May 2024    
Kənd təsərrüfatında buraya cins mal-qara, hər şeydən əvvəl, süd məhsullarına, iribuynuzlu mal-qara ətinə tələbatı tam təmin etmək üçün tədarüklə bağlı böyük proqramlarımız var. Biz bu mal-qaranı sizə tədarük edəcəyik.

Ordu.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevlə mətbuata bəyanatında bildirib.

“Bundan başqa, Sizin azad etdiyiniz ərazilərdə xüsusən aqrar torpaqlarda Belarus təcrübəsi üzrə aqroşəhərciklər və bütün infrastrukturu yaratmağa, iş yerləri açmağa, yəni, komplekslər tikməyə, həmçinin fermer təsərrüfatları yaratmağa hazırıq”, - deyə Prezident Lukaşenko əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belarus   Azərbaycan  


Bizi "telegram"da izləyin