Yeni Kaledoniyada etiraz aksiyaları nəticəsində dəyən ziyan açıqlanıb

2024/05/c9616-1715876379.jpg
Oxunub: 163     20:05     16 May 2024    
Yeni Kaledoniyada etiraz aksiyaları nəticəsində dəyən ziyan açıqlanıb.

Ordu.az xəbər verir ki, bu barədə yerli ticarət və sənaye palatasının rəhbəri David Guyen məlumat verib.

Onun sözlərinə görə, etiraz aksiyaları nəticəsində dəyən ziyan 200 milyon avrodan çoxdur.

Qeyd edək ki, daha əvvəl aksiyalar nəticəsində dəymiş ziyanın 150 milyon avro qiymətləndirildiyi bildirilmişdi. Yeni Kaledoniyanın Cənub əyalətinin rəhbəri Sonya Bakes Fransanın Baş naziri Qabriel Attala ünvanladığı məktubda Parisi aksiyaların nəticələrini aradan qaldırmaq üçün xüsusi fond yaratmağa çağırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yeni-Kaledoniya   Fransa  


Bizi "telegram"da izləyin