Kobaxidze: "Azərbaycanla Ermənistanın sülh sazişi üzrə razılıq əldə edəcəklərinə inanırıq"

2024/05/1714727925.jpg
Oxunub: 170     19:45     16 May 2024    
"Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin əhəmiyyəti böyükdür. Biz bu iki ölkənin nəticə etibarı ilə bir sülh sazişi üzrə razılıq əldə edəcəklərinə inanırıq".

Ordu.az-ın verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, Gürcüstan Cənubi Qafqazda sülh və əməkdaşlığın tərəfdarıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kobaxidze   Gürcüstan  


Bizi "telegram"da izləyin