Slovakiyada bir sıra obyektlərdə təhlükəsizlik gücləndirilib

2024/05/66462-1715874530.jpg
Oxunub: 157     19:26     16 May 2024    
Baş nazir Robert Fitsoya sui-qəsddən sonra parlamentin binası daxil olmaqla, məktəblər, kütləvi informasiya vasitələrinin redaksiyaları və digər ictimai əhəmiyyətli binalarda təhlükəsizlik tədbirləri gücləndirilib.

Ordu.az-ın “teraz.sk”ya istinadən xəbərinə görə, bunu ölkənin Polis Departamentinin rəisi Lyubomir Solak deyib.

O bildirib ki, müvafiq qərar Baş Prokurorluğun göstərişi əsasında qəbul olunub.

L. Solakın sözlərinə görə, digər siyasi liderlərin, eləcə də ölkədə fəaliyyət göstərən mətbuat orqanlarının ünvanına daxil olan təhdidlərlə bağlı da araşdırma aparır.

Polis rəisi proses yekunlaşana qədər onların mühafizəsi gücləndirildiyini də bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Slovakiya   Təhlükəsizlik  


Bizi "telegram"da izləyin