Danimarka Ukrayna üçün yeni hərbi yardım paketini elan edib

2024/05/66461-1715872366.jpg
Oxunub: 164     18:34     16 May 2024    
Danimarka Ukrayna üçün yeni hərbi yardım paketini elan edib.

Ordu.az xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen bildirib.

“Ukraynaya hava hücumundan müdafiə və artilleriyasını gücləndirən 750 milyon avro dəyərində yeni hərbi dəstək paketini elan etməkdən məmnunuq. Danimarka həmçinin Ukraynanın müdafiə sənayesinə sərmayə qoymaq imkanlarını araşdırır. Danimarka Ukrayna və onun xalqının yanındadır", - danimarkalı nazir qeyd edib.

Danimarkanın müdafiə naziri Troels Lund Poulsen isə deyib ki, onun ölkəsi birbaşa olaraq Ukrayna müdafiə şirkətlərindən müdafiə avadanlığının alınması üçün əlavə 1 milyard Danimarka kronu (134 milyon avro) ayırır ki, bu da dərhal ianə edilə bilər.

“Burada Danimarka birinci ölkə kimi öndədir. Silahların istifadə ediləcəyi yerdə istehsal edilməsi məntiqlidir”, - müdafiə naziri qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danimarka   Ukrayna  


Bizi "telegram"da izləyin