Darçiaşvili bəzi avropalı XİN başçılarının müxalifətin aksiyasını dəstəkləməsini pisləyib

2024/05/66461-1715871096.jpg
Oxunub: 121     18:01     16 May 2024    
Dost ölkələrin xarici işlər nazirlərinin müxalifət tərəfindən təşkil edilmiş aksiyada iştirakı qəbuledilməzdir.

Ordu.az xəbər verir ki, bunu Gürcüstanın Xarici işlər naziri İliya Darçiaşvili Latviya, Litva, Estoniya və İslandiya XİN başçılarının parlament binasının qarşısında keçirilən aksiyada iştirakına münasibət bildirərkən deyib.

“Bu çox kədərli faktdır və qəbuledilməzdir. Diplomatlar bu cür tədbirlərdə iştirak edərkən daha məsuliyyətli olmalıdırlar”, - Darçiaşvili bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Darçiaşvili   Gürcüstan  


Bizi "telegram"da izləyin