Ermənipərəst ABŞ senatoru bütün təqsiri həyat yoldaşının üzərinə atıb

2024/01/1704259069.jpg
Oxunub: 206     17:48     16 May 2024    
Ermənipərəst ABŞ senatoru Bob Menendes üzləşdiyi ittihamlarla bağlı bütün təqsiri həyat yoldaşının üzərinə atıb.

Ordu.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Belə ki, Menendesin vəkili Avi Veytsman Manhattan Federal Məhkəməsində müvəkkilinin guya evində "gizlədilən" qızıl külçələrdən xəbərsiz olduğunu iddia edərək Nadin Arslanyanı həyat yoldaşından xəbərsiz bu sərvəti evlərində gizlətməkdə ittiham edib.

Vəkil məhkəmədə Menendes ailəsinin qarderob otağının fotoşəkillərini nümayiş etdirərək qızıl külçələrin Nadinin paltarları ilə dolu qarderobda kilidli şkafda saxlanıldığını iddia edib.

"Senator qızıl külçələrin orada olduğunu bilmirdi", - deyə Veytsman andlıları inandırmağa çalışıb.

Xatırladaq ki, ermənipərəst ABŞ senatoru Bob Menendesə və həyat yoldaşı Nadin Arslanyana qarşı bir sıra yeni ittihamlar irəli sürülüb. İttihamlar arasında ədalətə mane olmaq məqsədilə əlbirlik, dövlət rəsmisinin xarici agent qismində fəaliyyəti, rüşvətxorluq, zorakılıq yolu ilə pul əldə etmə və elektron rabitə vasitələrindən istifadə etməklə fırıldaqçılıq yer alıb.

Hakimiyyət orqanları iddia edir ki, Menendes cütlüyünün iş adamlarına kömək və qanunvericinin xarici məsələlərdə təsirini vəd edərək, onlardan nağd pul, qızıl külçələr və bahalı avtomobillər şəklində rüşvət qəbul edib.

Nyu-Cersi ştatının Klifton şəhərindən olan Xose Uribe Manhetten Federal Məhkəməsində çıxış edərək, ona qarşı irəli sürülən ittihamın yeddi bəndi, o cümlədən 2018-2023-cü illərdə rüşvət verilməsi, elektron rabitə vasitələrindən istifadə etməklə dələduzluq əməli törədilməsi, məhkəməyə əngəl yaradılması və vergidən yayınma maddələri üzrə öz təqsirini etiraf edib. İttiham tərəfi iddia edir ki, biznesmen senator Menendesin həyat yoldaşına "Mercedes-Benz" avtomobili bağışlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Menendes   ABŞ  


Bizi "telegram"da izləyin