Fransa Yeni Kaledoniyaya əlavə 1000 jandarm göndərəcək

2024/05/3b3ad-1715867088.jpg
Oxunub: 126     17:28     16 May 2024    
Fransanın Baş naziri Qabriel Attal etirazları yatırmaq üçün Yeni Kaledoniyaya əlavə 1000 jandarm göndərilməsi barədə qərarını açıqlayıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə Müdafiə Şurasının iclasından sonra bildirib.

“Əraziyə əlavə min jandarm göndəriləcək”, - deyən baş nazir əlavə edib ki, Yeni Kaledoniya ərazisində artıq 1,7 minə yaxın hüquq-mühafizə orqanı əməkdaşı var.

Onun sözlərinə görə, vəziyyət son dərəcə gərgin olaraq qalır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Yeni-Kaledoniya  


Bizi "telegram"da izləyin