TBMM sədri: "Türkiyə konstitusiyasına dəyişikliklərlə bağlı müzakirələr oktyabrda başlaya bilər"

2024/02/65db2-1708865745.jpg
Oxunub: 217     17:12     16 May 2024    
Türkiyədə yeni konstitusiyanın məzmunu ilə bağlı dəyişikliklər haqqında müzakirələr oktyabrda başlaya bilər.

Ordu.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş deyib.

O bildirib ki, bu istiqamətdə siyasi partiyalarla müzakirələr davam edir: “Ortaq bir yol tapacağıq”.

N.Kurtulmuş bunun çətin proses olduğunu diqqətə çatdırıb: “Hər mərhələdə millətimizə məlumat verməyə çalışacağıq. Konstitusiya məsələsi siyasi mübahisə predmetinə çevirilməməlidir. Bu, məsuliyyətli iş olmaqla yanaşı, həm də zərurətdir”.

Parlament sədri həmçinin davam edən müzakirələrin Türkiyə siyasətinə və demokratiyasına töhfə verəcəyinə inamını ifadə edib: “Cəmiyyətin bütün kəsimləri, o cümlədən siyasi partiyaların üzərinə məsuliyyət düşür”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TBMM   Türkiyə  


Bizi "telegram"da izləyin