Səlahəddin Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldilib - YENİLƏNİB

2024/05/66460-1715865559.jpg
Oxunub: 334     18:32     16 May 2024    
Türkiyədə “Kobani hadisələri”ndə təqsirləndirilən Səlahəddin Dəmirtaşa hökm oxunub.

Ordu.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ankara 22-ci Ağır Cəza Məhkəməsində yekun hökm 43 il 8 ay olub.

***

Türkiyədə “Kobani hadisələri”ndə təqsirləndirilənlərə hökm oxunub.

Ordu.az-ın Türkiyənin NTV kanalına istinadən xəbərinə görə, PKK-nın siyasi qolu HDP-nin həmsədri Figen Yüksekdağ 30 il, Mardin Şəhər Bələdiyyəsinin sabiq sədri Ahmet Türk 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Altan Tan, Ayhan Bilgen və Aysel Tuğluk isə bəraət alıblar.

Qeyd edək ki, 2014-cü ildə Kobani hadisələri zamanı Diyarbəkirdə 31 nəfər, o cümlədən iki polis əməkdaşı ölüb, 460 insan yaralanıb. Bu işlə əlaqədar 2019-cu ildə Xalqların Demokratik Partiyasının (HDP) keçmiş həmsədri Səlahəddin Dəmirtaş həbs edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Kobani-hadisələri  


Bizi "telegram"da izləyin