Fitsoya sui-qəsd edən şəxs hökumət əleyhinə aksiyaların iştirakçısı olub

2024/05/55dde-1715076070.jpg
Oxunub: 167     16:07     16 May 2024    
Baş nazir Robert Fitsoya sui-qəsd hadisəsində iştirakda şübhəli bilinən şəxs heç bir radikal qruplaşmanın üzvü olmayıb və təkbaşına hərəkət edib.

Ordu.az-ın “Pravda”ya istinadən xəbərinə görə, bunu Slovakiyanın daxili işlər naziri Matuş Şutay-Eştok bildirib.

O həmçinin hadisəni törətməkdə şübhəli bilinən şəxsin hökumət əleyhinə etiraz aksiyalarında iştirak etdiyi barədə məlumatları təsdiqləyib.

Qeyd edək ki, R. Fitso mayın 15-də Handlovej şəhərinə səfəri zamanı sui-qəsdə məruz qalıb. Nəticədə ağır yaralanaraq xəstəxanaya çatdırılan hökumət başçısının üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Hökumətdən verilən açıqlamada R. Fitsonun vəziyyətinin ağır olduğu bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fitso   Slovakiya  


Bizi "telegram"da izləyin