Füzulidə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib

2024/05/trend-1715857605.jpg
Oxunub: 427     15:01     16 May 2024    
Birinci Qarabağ müharbəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə itkin düşən şəhid Quliyev Novruz Mahmud oğlunun Edilli kəndində kütləvi məzarlıqda aşkarlanan nəşinin qalıqları Füzuli rayonunda torpağa tapşırılıb.

Ordu.az xəbər verir ki, şəhid Novruz Quliyevin nəşi Füzulidə izdihamla qarşılanıb və ailəsinin yaşadığı Füzuli ərazisindəki Fin qəsəbəsinə gətirilib. Şəhidlə vida mərasimi olub və cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub. Daha sonra şəhidin nəşi dəfn üçün Bala Bəhmənli kənd məzarlığına gətirilib. Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, hökumət nümayəndələri, rayon sakinləri, qazilər, şəhid ailələri, döyüş yoldaşları, media nümayəndələri iştirak ediblər.

Dəfn zamanı şəhidlərimizin ruhuna dualar oxunub və “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib.


Şəhid Novruz Quliyev torpağa tapşırılıb.

Qeyd edək ki, Quliyev Novruz Mahmud oğlu 1964ci ildə Füzuli rayonu Çimən kəndində dünyaya göz açıb. Birinci Qarabağ müharibəai başlayanda könüllü olaraq döyüşlərə qatılıb öz doğma yurdu Çimən kəndində gedən döyüşlər zamanı itkin düşüb. Ötən müddətdə ərzində ailəsi ondan hər hansısa məlumat ala bilməyib. İkinci Qarabağ müharibəsində torpaqlarımız azad edildikdən sonra ermənilərin törətdikləri cinayətlərin izləri açılmağa başladı. Novruz Quliyevin nəşinin qalıqları 2022 ildə Xocavənd rayonu Edilli kəndində tapılan kütləvi məzarlıqda aşkarlanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Füzuli   Şəhid  


Bizi "telegram"da izləyin