Rusiyada məhkəmə "Crocus"a hücum edən 8 nəfərin həbs müddətinin uzadılmasını nəzərdən keçirəcək

2024/03/1711639607.jpg
Oxunub: 140     15:01     16 May 2024    
Moskvanın Basman məhkəməsi bu gün "Crocus City Hall"a hücum edən 8 nəfərin həbs müddətinin uzadılmasını nəzərdən keçirəcək.

Ordu.az xəbər verir ki, bu barədə Basman məhkəməsi məlumat yayıb.

Məlumata görə, məhkəməyə bununla bağlı müvafiq məlumatlar daxil olub.

Xatırladaq ki, martın 22-də axşam saatlarında Krasnoqorskda “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. Rusiya İstintaq Komitəsi “terror aktı” maddəsi ilə bağlı cinayət işi açıb.

Hadisə nəticəsində 551 nəfər yaralanıb, 145 nəfər (altısı uşaq) həlak olub. Hadisəni törədən terrorçular Tacikistan vətəndaşları Şamsidin Fariduni, Saidakrami Murodali Raçabalizoda, Dalercon Mirzoyev və Muhammadsobir Fayzov həbs olunublar. Onlar istintaq təcridxanasına göndəriliblər. Onları ömürlük həbs gözləyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Crocus   Rusiya  


Bizi "telegram"da izləyin