Əlli beş işıq ili uzaqlıqda Yer ölçüsündə planet kəşf edilib

2022/10/1665333960.jpg
Oxunub: 173     14:49     16 May 2024    
Alimlər 55 işıq ili uzaqlıqda Yer böyüklüyündə planet kəşf ediblər. Astronomların “SPECULOOS-3b” adlandırdıqları həmin planet öz ulduzunun orbiti ətrafında 17 saat ərzində fırlanır. Sürətli dövretmə müddətinə baxmayaraq, ekzoplanetdə gecələr və gündüzlər heç bitmir.

Ordu.az “Study finds” saytına istinadən xəbər verir ki, yeni aşkarlanan planet günəşdən iki dəfə soyuq, kütləsi isə on dəfə azdır.

Yeni tədqiqatın nəticələri “Nature Astronomy” jurnalında dərc olunub. Tapıntının müəllifi yaxınlıqdakı ultrasərin cırtdan planetlərə nəzər salmaq üçün qlobal robot teleskoplar şəbəkəsindən istifadə edib. Birmingem Universitetindən olan tədqiqatçı Corcina Dransfild ultrasərin cırtdanların kiçik ölçülərinin planetləri aşkar etməyi asanlaşdırdığını bildirib.

Alimlər qeyd edirlər ki, Ceyms-Vebb Kosmik Teleskopu bu ekzotik dünyanın geologiyası və mineralogiyası haqqında əsaslı bilgilər verə bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Planet   Kəşf  


Bizi "telegram"da izləyin