Slovakiya Prezidenti partiyaları seçki kampaniyasını dayandırmağa çağırıb

2024/05/1715857283.jpg
Oxunub: 151     14:54     16 May 2024    
Slovakiyanın səlahiyyət müddəti başa çatmaqda olan prezidenti Zuzana Çaputova təklif edib ki, ölkədəki bütün partiyalar Baş nazir Robert Fikoya qarşı sui-qəsd cəhdindən sonra Avropada seçkilərlə bağlı seçki kampaniyasını dayandırsınlar.

Ordu.az "Reuters"ə istinadən xəbər verir ki, Slovakiya prezidenti tərəflərə müraciət edib ki, onlar birlikdə ölkədəki gərgin vəziyyəti sakitləşdirsinlər.

Fikonun siyasi rəqibi olan Çaputova dünənki sui-qəsdin "demokratiyaya hücum" olduğunu bildirib.

"Gəlin, nifrət və qarşılıqlı ittihamlar dairəsindən çıxaq. Dünən baş verənlər fərdi bir hərəkət idi, lakin gərgin nifrət mühiti bizim kollektiv işimizin nəticəsidir", o deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Slovakiya   Prezident  


Bizi "telegram"da izləyin