"Crocus"dakı terrorda şübhəli bilinən 2 nəfərin həbs müddəti uzadılıb

2024/03/1711129659.jpg
Oxunub: 155     13:57     16 May 2024    
Moskvanın Basmannı Rayon məhkəməsi “Crocus City Hall” da terror aktı törətməkdə ittiham olunan Muxammedsobir Fayzov və Dalerjon Mirzoyevin həbs müddətini avqustun 22-dək uzadıb.

Ordu.az-ın “Vedemosti”yə istinadən xəbərinə görə, qərar istintaqın sorğusu əsasında qəbul olunub.

Onlar martın 28-də saxlanılıblar. Bir gün sonra Rusiya bu şəxslərin adını terrorçuların siyahısına daxil edib.

Qeyd edək ki, martın 22-də baş vermiş terror aktı nəticəsində 145 nəfər ölüb, 550 nəfərdən çoxu isə yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Crocus   Terror  


Bizi "telegram"da izləyin