KİV: Slovakiya Baş naziri yenidən əməliyyat olunacaq

2024/05/55dde-1715076949.jpg
Oxunub: 138     13:26     16 May 2024    
Slovakiyanın Baş naziri Robert Fitsonun həyati təhlükəsi davam edir.

Ordu.az-ın “Pravda”ya istinadən xəbərinə görə, bu barədə yerli telekanallar məlumat yayıb.

Onun üzərində daha bir cərrahiyə əməliyatının aparılacağı gözlənilir. Hazırda hökumət başçısı reanimasiyadadır.

Xatırladaq ki, ötən gün baş vermiş sui-qəsd nəticəsində ayaqlarından, qarın boşluğundan və sinəsindən güllə yaraları alan Robert Fitso helikopterlə xəstəxanaya çatdırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Slovakiya   Baş-nazir  


Bizi "telegram"da izləyin