İrakli Kobaxidze Türkiyədədir - YENİLƏNİB

2024/05/1714712972.jpg
Oxunub: 271     17:45     16 May 2024    
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyəyə rəsmi səfərə gedib.

Ordu.az xəbər verir ki, o, ölkə başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi mərasimlə qarşılanıb.

***

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyəyə rəsmi səfərə gedib.

Ordu.az xəbər verir ki, məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb.

Bildirilib ki, hökumət başçısı səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək və geniş tərkibdə görüşlər keçirəcək. Tərəflər daha sonra mətbuata birgə açıqlama verəcəklər.

Gürcüstan Baş nazirini səfərdə onun birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, müdafiə naziri İrakli Çikovani, xarici işlər naziri İliya Darçiaşvili, təhsil naziri Giorgi Amilaxvari və digər hökumət nümayəndələri müşayiət edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kobaxidze   Türkiyə  


Bizi "telegram"da izləyin