Polşanın “Bayraktar TB2” zərbə PUA-larının son partiyası bu gün təhvil veriləcək

2024/05/2024--1715848325.jpg
Oxunub: 186     14:26     16 May 2024    
Polşa Müdafiə Nazirliyi Türkiyədən satın alınan “Baykar Bayraktar TB2” zərbə tipli Pilotsuz Uçuş Aparatlarının (PUA) son partiyasının bu gün Polşaya təhvil veriləcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, PUA-lar Miroslavetsdəki 12-ci Pilotsuz Təyyarə Bazasına gətiriləcək.

Hazırda Polşa ordusu hər biri 6 PUA-dan ibarət üç dəst “Bayraktar TB2” zərbə PUA-sı ilə təchiz olunub. İlk tədarüklər 2022-ci ilin sonunda Polşaya çatıb.

“Bayraktar”ların tədarükü ilə bağlı müqavilə 2021-ci il mayın 24-də imzalanıb. Müqavilə MAM-L və MAM-C raketləri kimi silahlarla birlikdə 24 ədəd zərbə PUA-sından ibarətdir.

Bir dəstin qiyməti 67 milyon dollar olaraq göstərilib. Polşa, həmçinin “Bayraktar TB2” zərbə PUA-sını alan ilk NATO üzvü olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Bayraktar-TB2  


Bizi "telegram"da izləyin