Hindistan yeni aviadaşıyıcı gəmilər inşa edəcək

2024/05/2024--1715848255.jpg
Oxunub: 162     12:29     16 May 2024    
Hindistanın müdafiə naziri Racnath Sinqh “The Tribune” nəşrinə bildirib ki, Hindistan tezliklə üçüncü aviadaşıyıcı gəminin inşasına başlayacaq.

Ordu.az xəbər verir ki, nazir Hərbi Dəniz Qüvvələrinin (HDQ) 45.000 ton ağırlığında olan və 2022-ci ilin sentyabrında istifadəyə verilən INS “Vikrant” ilə eyni ölçüdə daha bir yerli aviadaşıyıcı gəminin inşası təklifinə istinad edib.

Hindistanın 2013-cü ildə Rusiyadan aldığı INS “Vikramaditya” adlı daha bir aviadaşıyıcı gəmisi var.

“Biz bununla (3 aviadaşıyıcı gəmi) kifayətlənməyəcəyik. Daha 5-6 ədəd hazırlayacağıq”, - deyə Racnath Sinqh qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Aviadaşıyıcı-gəmi  


Bizi "telegram"da izləyin