Ukraynanın Avstraliyadakı səfiri cəbhəyə gedəcək “Sentinel” qayıqlarını incələyib

2024/05/2024--1715854070.jpg
Oxunub: 157     13:51     16 May 2024    
“Sentinel” qayıqları Avstraliya hökuməti tərəfindən Ukrayna Silahlı Qüvvələrinə dəstək vermək üçün seçilib.

Ordu.az xəbər verir ki, Ukraynanın Avstraliyadakı səfiri Vasil Myroşnıçenko Ukraynaya hərbi dəstək məqsədilə göndəriləcək “Sentinel” 830R RHIB-ləri (Sərt Gövdəli Şişmə Qayıqlar) yerində incələyib.

Ən müasir “Sentinel” 830R RHIB-lərin göndərilməsi Baş nazirin müavini və müdafiə naziri Riçard Marlesin bu yaxınlarda elan etdiyi 100 milyon dollarlıq hərbi yardım paketinin bir hissəsini təşkil edəcək.

Ukrayna səfiri mayın 14-də inşa edilməkdə olan gəmiləri yoxlamaq və 830R-nin suda fəaliyyətini təcrübədən keçirmək üçün “Sentinel” şirkətinin “Hobart” obyektinə baş çəkib.

“Sentinel Boats” baş direktoru Corc Makquayr “Sentinel”in səfir Myroşnıçenkonu qəbul etməkdən və Ukrayna cəbhəsində dəstək vermək üçün seçilmiş Avstraliya şirkətlərindən biri olmaqdan şərəf duyduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Avstraliya  


Bizi "telegram"da izləyin