Polşaya F-15EX döyüş təyyarələrinin tədarükü ilə bağlı danışıqlar davam edir

2024/05/2024--1715847871.jpg
Oxunub: 203     17:35     16 May 2024    
Polşa ötən il keçirilən MSPO 2023 Müdafiə Sənayesi Sərgisində F-15EX “Eagle II” təyyarələri ilə maraqlandıqlarını açıqlayıb.

Ordu.az xəbər verir ki, Polşanın “Boeing” istehsalı olan F-15EX “Eagle II” döyüş təyyarəsi tədarükü prosesi irəliləməyə başlayıb.

Bu çərçivədə Polşanın F-15EX “Eagle II” döyüş təyyarələrinə olan marağı ötən ildən başlayır.

“Boeing” rəsmilərinin sözlərinə görə, 2024-cü ilin əvvəlində “Boeing”, Polşa Hərbi Hava Qüvvələri (HHQ) və Polşa Silahlanma Agentliyinin rəsmiləri arasında üçtərəfli görüşlər baş tutub.

Polşa müdafiə sənayesi mediası “Defense24”ə müsahibə verən “Boeing” rəsmisi Polşanın F-15EX “Eagle II” döyüş təyyarələrinin tədarükü və ölkə daxilində istehsalı ilə bağlı danışıqların davam etdiyini bildirib.

Yerli istehsal üçün müəyyən ediləcək hissələrin istehsalı ilə yanaşı, texniki dəstək sahələrində də əməkdaşlıq nəzərdə tutulur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   F-15EX  


Bizi "telegram"da izləyin