“Sungur” hədəfini dəqiq vurub

2024/05/2024--1715847749.jpg
Oxunub: 128     16:41     16 May 2024    
ROKETSAN tərəfindən hazırlanan “Sungur” Hava Hücumundan Müdafiə (HHM) Raket Sisteminin sınaq atışları uğurla başa çatıb.

Ordu.az xəbər verir ki, ROKETSAN tərəfindən hazırlanan “Sungur”HHM Raket Sistemi uğurlu sınaq atışı həyata keçirib.

ROKETSAN-ın rəsmi “X” hesabında edilən paylaşımda “Sungur”un hədəfini dəqiq vurduğu bildirilib.

“Asimmetrik döyüş qabiliyyəti ilə hava hücumundan müdafiəmizin təsirli gücü olan “Sungur”un sınaq atışı uğurla həyata keçirildi və hədəfini tam dəqiqliklə vurdu”, - deyə paylaşımda qeyd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sungur   ROKETSAN  


Bizi "telegram"da izləyin