Böyük Britaniya Kral HDQ-yə məxsus gəmilər qurudan hücum qabiliyyəti qazanacaq

2024/05/2024--1715847577.jpg
Oxunub: 171     15:45     16 May 2024    
Böyük Britaniya Kral Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus gəmilər qurudan hücum qabiliyyəti qazanacaq.

Ordu.az xəbər verir ki, Böyük Britaniyanın müdafiə naziri önümüzdəki dövrdə Kral HDQ-nin inventarına daxil olması planlaşdırılan “Type 26” və “Type 31” freqatlarının qurudan hücum raketləri ilə təchiz ediləcəyini açıqlayıb.

Londonda keçirilən konfransda müdafiə naziri Qrant Şapps “Type 26” və “Type 31” freqatlarını qurudan hücum edə bilən qanadlı raketlərlə təchiz etmək niyyətini açıqlayıb.

Mayın 14-15-də Londonda yerləşən “Lancaster House”da Birinci Dəniz Lordu Dəniz Gücü Konfransı keçirilib. Konfransın açılış nitqi ilə Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps çıxış edib.

Şapps çıxışında Kral HDQ-nin “Type 26” və “Type 31” freqatlarının qurudan hücum raketləri ilə təchiz edilməsi planlarının hazırda davam etdiyini təsdiqləyib.

“Bu gün deyə bilərəm ki, biz gələcəkdə “Type 26” və “Type 31” freqatlarımızı qurudan hücum qabiliyyəti ilə təchiz edəcəyik”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Böyük-Britaniya   Kral   HDQ  


Bizi "telegram"da izləyin