ABŞ Rumıniyaya 340 milyon dollarlıq satışı təsdiqləyib

2024/05/AIM-9-1715847450.jpg
Oxunub: 160     14:57     16 May 2024    
ABŞ Rumıniyaya 340 milyon dollara 300 ədəd AIM-9X “Sidewinder Block II” “hava-hava” raketi və onu müşayiət edən avadanlığın satışını təsdiqləyib.

Ordu.az xəbər verir ki, Rumıniya mövcud F-16 “Fighting Falcon” döyüş təyyarəsi parkı üçün ABŞ-dən AIM-9X “Sidewinder Block II” “hava-hava” raketlərinin tədarükünü xahiş edib.

Xahişdən sonra ABŞ təxminən 340,9 milyon dollar dəyərində mümkün satışı təsdiqləməyə qərar verib.

Sözügedən mümkün satışa 300 ədəd AIM-9X “Sidewinder Block II” “hava-hava” raketi, 40 ədəd AIM-9X “Sidewinder Block II” taktik raket idarəetmə vahidi, 40 ədəd AIM-9X “Sidewinder Block II” hava təlim raketi (CATM) və 20 ədəd AIM-9X “Sidewinder Block II” CATM idarəetmə vahidi daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rumıniya  


Bizi "telegram"da izləyin