Estoniya Ukraynaya dəstək xidmətləri üçün qoşun göndərməyi planlaşdırır

2024/05/eser-1715847345.jpg
Oxunub: 176     14:20     16 May 2024    
Estoniya birbaşa döyüş olmayan rolları yerinə yetirmək üçün Ukraynaya qoşun göndərməyi ciddi şəkildə nəzərdən keçirir.

Ordu.az xəbər verir ki, Estoniyanın milli təhlükəsizlik müşaviri Madis RollBu ölkəsinin cəbhədəki döyüş əməliyyatlarını dəstəkləmək üçün Ukraynaya qoşun göndərməyi ciddi şəkildə nəzərdən keçirdiyini açıqlayıb.

“Danışıqlar davam edir. Biz bütün imkanları nəzərdən keçirməliyik. Özümüzü edə biləcəyimiz işlərlə məhdudlaşdırmamalıyıq”, - deyə RollBu qeyd edib.

RollBu bildirib ki, Estoniya bu addımı NATO miqyasında missiyanın bir hissəsi kimi etməyə üstünlük verəcək, lakin bu, hələlik mümkün deyil, çünki alyans birbaşa müharibədə iştirak etməkdən imtina edir.

Əgər təsdiq olunarsa, Estoniya qoşunları tibbi xidmətlər və maddi-texniki dəstək göstərmək üçün Ukraynanın qərbinə göndəriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Estoniya   Ukrayna  


Bizi "telegram"da izləyin