Rusiya Ukrayna tərəfdə döyüşən 658 əcnəbiyə cinayət işi açıb

2024/05/1715847233.jpg
Oxunub: 182     12:13     16 May 2024    
Hazırda Ukrayna tərəfindən döyüşən 658 əcnəbi muzdluya qarşı cinayət işi qaldırılıb.

Ordu.az-ın xəbərinə görə, bunu Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin adı çəkilən ölkənin nəzarətindəki Luqanskda keçirdiyi əməliyyat müşavirəsində bildirib.

Onun sözlərinə görə, muzdluların əməlləri nəticəsində ölən və yaralananların sayı 165 nəfərdir. Onların arasında 7 uşaq da var.

A. Bastırkin əlavə edib ki, Ukrayna keçmiş müdafiə naziri Pyotr Mexed, Baş Qərargah rəisinin keçmiş müavini Viktor Bokiy barəsində də cinayət işi ayrıca icraatda araşdırılır. Komitə sədri daha sonra hazırda Ukrayna tərəfdən 49 ölkəni təmsil edən 658 əcnəbi muzdlunun döyüşdüyünü bildirib.

Onun sözlərinə görə, bu şəxslərin də bir qismi barəsində həbsli axtarış elan olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   Əcnəbi  


Bizi "telegram"da izləyin